Press "Enter" to skip to content

“Nar” “Zirə”yə UEFA Avropa Liqasında uğurlar arzulayır

Son yeniləmə: 11 İyul 2024 10:12

BAYRAQDAR MEDİA – “Nar”ın əsas dəstəkçisi olduğu “Zirə” Futbol Klubu UEFA Avropa Liqası çərçivəsində “Şerif” klubu ilə qarşılaşacaq. “Nar” “Zirə” klubuna oyunda uğurlar arzulayır və komandanın azarkeşlərini iyulun 11-i saat 20:00-da keçiriləcək oyunda komandalarını dəstəkləməyə dəvət edir.

BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, iki komanda arasında cavab oyunu isə iyulun 18-də Bakıda keçiriləcək: “Qeyd edək ki, “Zirə” PFK 2014-cü ildə təsis edilib. “Qartallar” müxtəlif illərdə Azərbaycan Çempionatında iki dəfə gümüş və bir dəfə bürünc medallar qazanıb, 2 dəfə isə Azərbaycan Kubokunun finalında oynayıb. “Zirə” geridə qalan on ildə üçüncü dəfə ölkəmizi avrokuboklarda təmsil edəcək. “Nar” 4 ildir, “Zirə”yə dəstək olmaqla, yerli futbolun inkişafına töhfə verir”.

Məlumatda vurğulanır ki, “Nar”ın korporativ sosial məsuliyyət isqtimatlərindən birini idmana dəstək təşkil edir, bu çərçivədə mobil operator idmanın kütləviliyini artırmaq və gənclər arasında sağlam həyat tərzini təbliğ edir. “Nar”ın həyata keçirdiyi digər faydalı sosial layihələr haqqında burada tanış ola bilərsiniz.

Mission News Theme by Compete Themes.