BAYRAQDAR MEDİA – Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi münasibəti ilə bir sıra məktəbdənkənar və ümumi təhsil müəssisələrinin şagirdləri tərəfindən “Füzuli” kantatası ifa olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, ““Keçmişdən gələcəyə, müəllimdən şagirdə ötürülən milli-mənəvi dəyərlər” ideyasını özündə birləşdirən layihədə 400-ə yaxın şagird iştirak edib”.