BAYRAQDAR MEDİA – “#GreenTalk” layihəsi çərçivəsində İslahat Könüllülərinin təşəbbüsü və Milli Hidrometeorologiya Xidmətinin dəstəyi ilə “İqlim dəyişikliyi və bu sahədə görülən işlər” mövzusunda görüş keçirilib.
Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “görüşdə Milli Hidrometeorologiya Xidmətinin İqlim dəyişmələri mərkəzinin mütəxəssisi könüllülərə iqlim dəyişikliyinin əsas səbəb və nəticələri, qlobal istiləşmə, iqlim fəaliyyəti və Azərbaycanda iqlim dəyişiklikləri haqqında ətraflı məlumat verib. O, həmçinin yaşıl iqtisadiyyatın dünyada və Azərbaycanda inkişafı, Azərbaycanda bu sahədə aparılan əsaslı islahatlar, bərpa olunan enerji mənbələri, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın “yaşıl enerji” zonası elan olunması haqqında danışıb”.
Görüşdə tələbələrin bu sahədə ixtisaslaşması, kadr potensialının gücləndirilməsi və beynəlxalq iştirakçılığın artırılmasının əhəmiyyəti vurğulanıb. Gənclər mövzu ilə bağlı fikirlərini bölüşüb, onları maraqlandıran suallar cavablandırılıb.