Press "Enter" to skip to content

İlham Əliyev dost ölkədədir

Pakistan qırıcıları Azərbaycan Prezidentini müşayiət edir

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev iyulun 11-də dost Pakistana dövlət səfərinə gəlib.

Xəbəri Prezidentin mətbuat xidməti yayıb.

“Azərbaycan Prezidentinə xüsusi hörmət əlaməti olaraq dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidentinin şərəfinə toplardan yaylım atəşi açıldı. Prezident İlham Əliyevi Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şehbaz Şərif qarşıladı. Sonra Azərbaycan Prezidenti və Pakistanın Baş naziri görüşdülər”, – deyə xəbərdə bildirilir.

Şehbaz Şərif İlham Əliyevi şəxsən qarşılayıb
Şehbaz Şərif İlham Əliyevi şəxsən qarşılayıb
Mission News Theme by Compete Themes.