BAYRAQDAR MEDİA – Bolqarıstanın türklərin çoxluq təşkil etdiyi Hüquq və Azadlıqlar Hərəkatı – DPS parçalanma təhlükəsi ilə baş-başa qalıb.
Məlumatı Radio Bolqarıstan yayıb.
Bildirilib ki, partiyanın sədri Delyan Peevski fəxri prezident Əhməd Doğanı DPS-ni birləşdirməyə çağırıb: “Partiyanın Doğan-Peevski oxunda parçalanması halında hər ikisinin bir-birini əsla bağışlamayacağına işarə edən sədr bunun qarşısını almaq üçün hər iki tərəfin məsuliyyət daşıdığını qeyd edib”.
D.Peevski vurğulayıb ki, regional strukturlardakı həmkarları onunla Əhməd Doğanın tərəfdarlarını tam birləşməyə çağırıblar.