Son yeniləmə: 11 İyul 2024 11:39
BAYRAQDAR MEDİA – Bolqarıstan artıq mənfi ənənən halını alan növbədənkənar seçki prosesi yenə təkrarlana bilər. Hər halda parlament partiyalaırnın hökuməti qurmaq üçün ümumi razılığa gələcəyi mümkünsüz görünür.
Radio Bolqaırstan xəbər verir ki, parlamentin ikinci böyük partiyası olan DPS-nin hökumət qurmaq istəyinə digər bütün partiyalar mənfi reaksiya veriblər.
Öncə GERB-SDS Parlament Qrupunun sədri Boyko Borisov koalisiyanın ikinci hökuməti qurmaq üçün DPS səlahiyyəti ilə kabinetin formalaşdırılması üzrə danışıqlarda iştirak etməyəcəyini bəyan edib. Sonra isə digər partiyalardan oxşar açıqlamalar verilib.
Məlumata görə, parlamentdə təmsil olunan birləşmələrin cavablarına uyğun olaraq, Haqq və Azadlıq Hərəkatı – DPS-nin ikinci hökumət qurmaq səlahiyyətinə malik kabinet formalaşdırmaq cəhdinə heç bir partiyanın dəstək verməyəcəyi anlaşılıb.
Bu isə ölkənin daha bir növbədənkənar seçkiyə gedəcəyini qaçılmaz edir.