Press "Enter" to skip to content

Birinci yarımildə 25 milyard kubmetrdən çox qaz hasil edilib

Son yeniləmə: 11 İyul 2024 12:01

BAYRAQADR MEDİA – 2024-cü ilin 6 ay ərzində ölkədə 25,1 milyard kubmetr təbii qaz hasil edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya iyulun 11-də Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “qazın 6,5 milyard kubmetri AÇG-dən, 14 milyard kubmetri “Şahdəniz”dən, 0,8 milyard kubmetri Abşerondan, 3,8 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən qaz hasilatında təqribən 1 milyard kubmetr, yəni 4,3 faiz artım qeydə alınıb”.

Məlumata görə hesabat dövründə xaricə qaz satışı təxminən 12,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 6 faiz çoxdur: “Cari ilin yanvar-iyun aylarında Türkiyəyə təqribən 5 milyard kubmetr, Avropaya təqribən 6,4 milyard kubmetr, Gürcüstana isə 1,3 milyard kubmetr qaz satılıb. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 2,8 milyard kubmetr qaz nəql olunub. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 iyul 2024-cü il tarixinədək 639,6 milyon tona yaxın neft (kondensatla birlikdə), 445,9 milyard kubmetr qaz hasil edilib. AÇG-dən 593 milyon ton neft, 222,9 milyard kubmetrqaz hasil olunub. “Şahdəniz”dən isə təqribən223 milyard kubmetr qaz,46,6 milyon tona yaxın kondensat hasil edilib. Bu yataqlardan indiyə kimi təqribən 637,6 milyon ton neft (kondensatla birlikdə), 158,8 milyard kubmetrə yaxın qaz ixraca nəql edilib”.

Mission News Theme by Compete Themes.