Son yeniləmə: 11 İyul 2024 11:57
BAYRAQDAR MEDİA – 2024-cü ilin yanvar-iyun ayları üzrə operativ məlumatlara əsasən, 6 ay ərzində ölkədə təxminən 14,4milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya iyulun 11-də Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “respublika üzrə neft hasilatının 8,2milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,1 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,3 milyon tonu (kondensat) Abşeron yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,8 milyon ton təşkil edib”.
Məlumata görə hesabat dövründə təxminən 11,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 10,3milyon tonu konsorsiumun, 1,6milyon tonu isə SOCAR-ın payına düşür: “Cari ilin yanvar-iyun aylarında ölkədə neftin emalı 3,2milyon ton təşkil edib. 2024-cü ilin iyun ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 80585 ton olub. Bunun 65597 tonunu xam neft, 14988 tonunu kondensat təşkil edib”.