Press "Enter" to skip to content

Qarabağ Universitetində yeni təyinat

Qarabağ Universiteti

BAYRAQDAR MEDİA – Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Hüseyn Mirzəyev Mühəndislik fakültəsinə dekan təyin olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “H.Mirzəyev Azərbaycan Texniki Universitetində (ATU) mühəndis-mexanik ixtisası üzrə bakalavriat və magistratura səviyyələrində təhsil alıb, texnika elmləri üzrə fəlsəfə doktorudur. O, ATU-da assistent, baş müəllim, dosent və “Müasir mexaniki intiqallar” elmi-tədqiqat laboratoriyasında baş elmi işçi vəzifələrində çalışıb. Bundan əlavə, o, Qazi Universiteti, İstanbul Texniki Universiteti və Cənubi Koreyanın İnha Universitetində elmi-tədqiqat işləri, həmçinin mübadilə proqramlarında iştirak edib. H.Mirzəyev bir sıra elmi məqalə, kitab və patentlərin müəllifidir. O, Azərbaycan, rus, ingilis və alman dillərini bilir. H.Mirzəyev bu təyinatadək Bakı Mühəndislik Universitetində (BMU) Mexanika mühəndisliyi kafedrasının müdiri vəzifəsində çalışıb, həmçinin mühəndislik və layihə idarəetməsi üzrə müxtəlif fənləri tədris edib”.

Mission News Theme by Compete Themes.