Məktəbəhazırlıq qruplarına qəbulla bağlı suallar cavablandırılacaq
Yazar: Bayraqdar Media. Tarix: 10 İyul 2024 14:46
Bakı Şəhəri üzrə Təhsil İdarəsi
BAYRAQDAR MEDİA – İyulun 10-da saat 17:00-da 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyatla bağlı məsələlər müzakirə olunacaq, valideynləri maraqlandıran suallar canlı yayımda cavablandırılacaq.
Bu barədə BAYRAQDAR MEDİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, “məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyatla bağlı yaranan suallarınızı paylaşımın şərh bölməsində yaza bilərsiniz. Mövzu ilə əlaqədar suallar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilalanlarla iş sektorunun məsləhətçisi Sənarə İsmayılova tərəfindən cavablandırılacaq. Qeyd edək ki, canlı yayımı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz”.
BAYRAQDAR MEDİA - Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 287 ümumi təhsil müəssisəsində 1048 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Bu barədə BAYRAQDAR MEDİA-ya İdarədən məlumat verilib. Bildirilib ki, “məktəbəhazırlıq qruplarına 22 min 698 uşaq cəlb olunub”.
BAYRAQDAR MEDİA - Avqustun 6-sı saat 09:00-a olan məlumata əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 22 min 442 uşaq elektron qeydiyyatdan keçib. Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 6-da B.Tİ-nin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, “valideynlər (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az elektron sistemi vasitəsilə…
BAYRAQDAR MEDİA - Avqustun 17-si saat 10:00-a olan məlumata əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 20 MİN 871 uşaq elektron qeydiyyatdan keçib. Bu barədə BAYRAQDAR MEDİA-ya qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, “valideynlər (digər qanuni nümayəndələr) www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə özünün və…