Press "Enter" to skip to content

ESOGÜ beynəlxalq reytinqdə ön sıralarda

Eskişehir Osmangazi Universiteti

Son yeniləmə: 10 İyul 2024 07:35

BAYRAQDAR MEDİA – Eskişehir Osmangazi Universiteti (ESOGÜ) dünya üzrə 8 fərqli reytinq təşkilatının hesabatlarında adının qeyd olunmasına bacarıb.

Bu barədə eskisehirhaber.com saytı məlumat yayıb.

Bildirilib ki, ESOGÜ Eskişehrin yeganə universiteti olaraq bu uğura imza atarkən, Bursa Uludağ, Sabancı, Çukurova, Fırat, Akdeniz, Kocaeli universitetləri və İzmir Yüksək Texnologiyalar İnstitutu da həmi sırada yer alıb.

ESOGÜ-nun fərqləndiyi URAP Araşdırma Laboratoriyası məqalələrin sayı, istinadların sayı, elmi sənədlərin ümumi sayı, bir professor-müəllim heyətinə düşən məqalə sayı kimi meyarlar əsasında məlumatları sıralamaq üçün Web of Science/InCites və YÖK məlumatları kimi beynəlxalq məlumat mənbələrindən istifadə edir.

Mission News Theme by Compete Themes.