Son yeniləmə: 10 İyul 2024 14:26
BAYRAQDAR MEDİA – Rusiya Federasiyasının Yekaterinburq şəhərinə işgüzar səfər çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Türkiyənin sənaye və texnologiya nazirinin müavini Ahmet Yozqatlıgil ilə görüşüb.
Bu barədə BAYDAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “görüşdə Türkiyə ilə Azərbaycan arasında tərəfdaşlığın bütün istiqamətlər üzrə gücləndiyi vurğulanıb. İqtisadi münasibətlərin daha da genişləndirilməsi üçün qarşılıqlı investisiya qoyuluşu, sənaye və texnologiya sahələrində təcrübə mübadiləsi, eləcə də digər istiqamətlər üzrə əməkdaşlığın möhkəmləndirilməsi imkanları qeyd edilib.Tərəflər ölkələrimiz arasında sənaye və yüksək texnologiyalar sahələrində reallaşdırılan təşəbbüslərin hər iki ölkənindayanıqlı iqtisadi inkişafının təmin edilməsində önəmini vurğulayıblar”.
Məlumata görə, görüşdə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, türk iş adamlarının Azərbaycanda həyata keçirilən yeni layihələrdə iştirakı, sənaye parkları və məhəllələrinə investisiya yatırılması barədə fikir mübadiləsi aparılıb.