Press "Enter" to skip to content

Ekişehirdə saxta ESKART problemi

Tramvay

Son yeniləmə: 10 İyul 2024 07:32

BAYRAQDAR MEDİA – ESTRAM şirkəti Eskişehirdə yerli vətəndaşlara müraciət edib. Müraciətdə sosial mediada satışa çıxarılan saxta ESCART-lara qarşı xəbərdarlıq öz əksini tapıb.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Məlumata görə, ESTRAM tərəfindən edilən paylaşım belədir: “Eskişehir Böyükşəhər Bələdiyyəsi ESTRAM-a aid ESKART-ın təqlid edildiyini və sosial mediada “Eskişehir Nəqliyyat Kartı” olaraq satışa təqdim edildiyini aşkarlayıb. Sosial mediada satışa çıxarılan Eskişehir Nəqliyyat Kartının bizim qurumla heç bir əlaqəsi yoxdur. Vətəndaşlarımızdan ictimai nəqliyyatda istifadə etdikləri ESCART-ların satın alınması üçün http://estram.com.tr saytındakı təlimatları nəzərə almalarını xahiş edirik”.

Mission News Theme by Compete Themes.