Son yeniləmə: 9 İyul 2024 01:19
BAYRAQADR MEDİA – İraq Kürd Regional Rəhbərliyinin etnik və dini qurumlardan məsul naziri və İraq Türkmən Cəbhəsinin (İTC) İcraiyyə Şurasının üzvü Aydın Maruf, İTC-nin 20 oktyabrda keçiriləcək bölgənin parlament seçkilərində iştirak edəcəyini söyləyib.
Bu barədə Türkmeneli TV məlumat yayıb.
Məlumata görə, A.Maruf İraqın Ərbil şəhərində keçirilən “Seçkilər və türkmənlərin son siyasi vəziyyəti” adlı toplantıda oktyabrın 20-də IKBY parlament seçkiləri ilə bağlı açıqlama verib: “IKBY parlament seçkilərinin vaxtında bütün siyasi partiyaların iştirakı ilə keçirilməsinin tərəfdarı olduqlarını vurğulayan A.Maruf, türkmənlərin daha əvvəl bğlgə parlamentində 5 kvotasının olduğunu, lakin bunun 2-yə endirildiyini bildirib. O, türkmənlərin yerli parlamentindəki kvotanın 10-a çatdırılmasını tələb etdiklərini xatırladaraq, kvotaların azaldılması və seçki dairələrinə bölünməsinin yanlış olduğunu bildirib”.