Press "Enter" to skip to content

Siyəzən Broyler ASC-nin ərazisində qədim qəbir aşkarlanıb

BAYRAQDAR MEDİA – Bu günlərdə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvü olan Siyəzən Broyler ASC-nin ərazisində yeraltı kabel çəkilişi məqsədilə qazıntılar aparılan zaman qədim qəbir aşkarlanıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya iyulun 9-da Assosiasiyanın İctimaiyyətlə əlaqələr və analitika departamentindən məlumat verilib.

Qeyd edilib ki, məsələ ilə bağlı əlaqədər dövlət orqanlarına məlumat verilib, müvafiq prosedurlar həyata keçirilib.

Mission News Theme by Compete Themes.