Son yeniləmə: 9 İyul 2024 15:46
BAYRAQDAR MEDİA – Qazaxıstan Senatının sədri Maulen Aşımbayev təhsilin müasir meyillərə cavab verən və ölkənin keyfiyyət inkişafına təsir edən aspektləri barədə danışıb.
“Kazinform” agentliyi xəbər verir ki, o, “Əgər cəmiyyətimizi inkişaf etdirmək, yoxsulluqla mübarizə aparmaq, ölkəmizin gələcək yüksək keyfiyyətli inkişafını təmin etmək istəyiriksə, bircə cavab var – təhsil sistemi” deyib.
“Təhsil sistemində bu funksiyaları inkişaf etdirmək vacibdir və siz sistemin harada uğursuz olduğunu başa düşməlisiniz”, – deyə Maulen Aşimbayev bildirib.