Press "Enter" to skip to content

Qarabağ Universiteti kafedra müdiri axtarır

Qarabağ Universiteti

BAYRAQDAR MEDİA – Qarabağ Universitetində kafedra müdiri vəzifəsi üzrə vakansiyalar elan olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “Qarabağ Universitetinin Mühəndislik, Turizm, İncəsənət, Humanitar və sosial elmlər, Pedaqoji və İqtisadiyyat fakültələrində müvafiq kafedralar üzrə müdir vəzifəsinə vakansiyalar elan edilib. Tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_ (istiqamət üzrə) kafedra müdiri” yazmaqla karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər”.

Bildirək ki, vakansiya üzrə son müraciət tarixi iyulun 22-dir. Ətraflı məlumatla elandan tanış olmaq olar.

Mission News Theme by Compete Themes.