Press "Enter" to skip to content

DSMF-nin növbəti uğuru

Dövlət Sosial Müdafiə Fondu

Son yeniləmə: 9 İyul 2024 12:05

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Beynəlxalq Sosial Təminat Asossasiyasının (ISSA) “Vision Zero” transformativ yanaşma konsepsiyasına üzv və dəstəkçi seçilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Nazirlikdən məlumat verilib.

Bildirilib ki, “Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə 2012-ci ildə reallaşdırılan bu konsepsiya istehsalatda bədbəxt hadisələr, zərər və peşə xəstəlikləri üzrə yeni önləyici strategiya olaraq iş mühitinin hər fazasında təhlükəsizlik, sağlamlıq və rifah kimi təməl aspektləri ehtiva edir. Beynəlxalq üzvlük sertifikatı müvafiq prosedurlar tamamlandıqdan və beynəlxalq ekspertlər tərəfindən qiymətləndirildikdən sonra DSMF-yə təqdim edilib”.

Məlumata görə, İdarəetmə Komitəsi və ISSA-nın xüsusi komitəsi tərəfindən idarə olunan bu platformaya hazırda 23 ölkənin 50-dək dövlət və özəl qurumu üzvdür: “Bu platformaya qoşulmaqla DSMF beynəlxalq fəaliyyətin stimullaşdırılması, əməyin mühafizəsi ilə bağlı qurumdaxili fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması və digər üstünlüklər əldə edəcək”.

Mission News Theme by Compete Themes.