Press "Enter" to skip to content

BMU–INHA ikili diplom proqramının ilk “Məzun günü”

Xatirə şəkli

BAYRAQDAR MEDİA – Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreyanın INHA Universiteti arasında icra olunan ikili diplom proqramının ilk “Məzun günü” tədbiri keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “tədbirdə ETN-nin rəsmiləri, Koreyanın Azərbaycandakı səfirliyi, həmçinin KOICA-nın əməkdaşları, hər iki universitetin rektorları, professor-müəllim heyəti, eləcə də məzunlar iştirak ediblər. Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini İdris İsayev Azərbaycanda təhsilə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Nazir müavini bildirib ki, dövlət proqramları təhsilini xaricdə davam etdirmək istəyən şəxslər üçün geniş imkanlar yaradır. İ.İsayev məzunların qazandıqları bilik və bacarıqların gələcək əmək fəaliyyətlərində onlara böyük fayda verəcəyini qeyd edib”.

Daha sonra xəbərdə deyilir ki, “BMU-nun rektoru Yaqub Piriyev çıxışında ikili diplom proqramından məzun olan tələbələri təbrik edib və bildirib ki, müxtəlif proqramlar çərçivəsində dünyanın aparıcı universitetlərində təhsil alan gənclərin böyük əksəriyyəti geri qayıdaraq Azərbaycanın inkişafına töhfə verir. Y.Piriyev hazırda proqram çərçivəsində 385 tələbənin təhsil aldığını və artıq 61 nəfərin məzun olduğunu söyləyib. INHA Universitetinin rektoru Cho Myeong Voo isə BMU–INHA ikili diplom proqramı məzunlarının 10%-nə bu universitetin magistratura səviyyəsinə qəbul olunduqları təqdirdə tam təqaüd ayrılacağını və istedadlı tələbələrin inkişafı üçün dəstək veriləcəyini bildirib”.

Tədbirin sonunda isə məzun olmuş ixtisas birincilərinə fəxri diplomlar təqdim edilib.

Mission News Theme by Compete Themes.