Press "Enter" to skip to content

Azərbaycan hərbçiləri qardaş ölkədə təlimdə – VİDEO

Ortaq təlim

BAYRAQDAR MEDİA – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın “Oymaşa” təlim poliqonu və Xəzər dənizinin akvatoriyasında yerləşən Tokmak burnunda iyulun 11-dən etibarən “Birləşdik – 2024” əməliyyat-taktiki komanda-qərargah təlimi keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “təlimdə Azərbaycanı təmsil edəcək Quru Qoşunlarının komando bölmələrinin bir qrup hərbi qulluqçusu, Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupu, Su-25 təyyarələri, eləcə də Hərbi Dəniz Qüvvələrinin gözətçi və desant gəmiləri Qazaxıstandadır”.

Qeyd edək ki, birgə əməliyyat-taktiki komanda-qərargah təlimi iyulun 17-dək davam edəcək.

Mission News Theme by Compete Themes.