Son yeniləmə: 8 İyul 2024 09:53
BAYRAQDAR MEDİA – “ATİB təsis olunarkən üzvləri ilə hər iki dövlətin hökumət və vətəndaş cəmiyyətləri arasında tərəfdaşlığın inkişaf etdirilməsini öz missiyası elan etmişdir. Bu məqsədlə bugünədək Türkiyə, Azərbaycan, hətta Kuzey Kıbrısın bir sıra qeyri-hökumət təşkilatları, o cümlədən digər vətəndaş cəmiyyəti institutları ilə ikitərəfli və çoxtərəfli formatda görüşlər keçirilmiş, bir qismi ilə rəsmi, bəziləri ilə isə qeyri-rəsmi olaraq tərəfdaşlıq razılaşmaları əldə edilmişdir”.
Bunu BAYRAQDAR MEDİA-ya Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Mürsəl Rüstəmov deyib.
ATİB sədri “bu sahədə fəaliyyəti gələcəkdə də davam etdirmək əzmindəyik” deyə qeyd edib.
Əməkdaşlıq üçün tələblərə gəlincə M.Rüstəmov aşağıdakıları bildirib: “ATİB-in təməl dəyərlərinə zidd olmayan fəaliyyətlə məşğul olan, tərəfdaşlığımızın ölkələrimizə iqtisadi, sosial və mədəni sahələrdə faydalı ola biləcəyi istənilən qurumla əməkdaşlığa açığıq”.
Məlumat üçün bildirək ki, ATİB-in yaranmasının 20-ci ildönümü ilə bağlı M.Rüstəmovun BAYRAQDAR MEDİA-ya özəl müsahibəsini yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.