Son yeniləmə: 8 İyul 2024 14:33
BAYRAQDAR MEDİA – İyulun 8-də Prezident İlham Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Başqa bir Sərəncamla Əziz Əzizov Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Maraqlıdır ki, Prezidentin digər Sərəncamı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə hazırda buraxılmış Milli Məclisin sədr müavini Adil Abış oğlu Əliyev təyin edilib. Bu isə o deməkdir ki, Adil Əliyev daha deputatlığa iddia edən deyil.
Onu da əlavə edək ki, Sahir Məmmədov Prezidentin Sərəncamı ilə Qusar Rayon İcra Hakimiyyətinə başçı təyin edilib.