Press "Enter" to skip to content

KKTC Cümhurbaşqanından önəmli açıqlama

Ersin Tatar səfərdən dönərkən

Son yeniləmə: 8 İyul 2024 09:18

Ersin Tatar: Şuşa Zirvəsində türk dünyası ilə Akdeniz arasında körpü quruldu

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyəinin (KKTC) Cümhurbaşqanı Ersin Tatar Azərbaycana səfərini başa vurub. E.Tatarı Ercan hava limanında parlamentin sədri Zorlu Töre və digər rəsmi şəxslər qarşılayıb.

Bu barədə KKTC Cümhurbaşqanlığından məlumat verilib.

Bildirilib ki, “Ersin Tatar, Ercanda keçirdiyi mətbuat konfransında Azərbaycan Preizdenti İlham Əliyevin dəvəti ilə TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvəsində iştirak etməkdən xoşbəxt olduğunu və KKTC-ni təmsil etməkdən şərəf duyduğunu bildirib. E.Tatar da ona göstərilən yaxın diqqət və qonaqpərvərliyə görə təşəkkür edib”.

Məlumata görə, KKTC-nin TDT-nin bütün sahələrində iştirak etməyi və əlaqələri inkişaf etdirməyi hədəflədiyini bildirən E.Tatar, Şuşada KKTC bayrağının dalğalandığını bildirib: “E.Tatar Azərbaycan Prezidenti İlham Əliyevin diqqətinə minnətdarlığını bildirib və türk dünyasının birlikdə güclü olacağına işarə edib. İlk dəfə Türkiyədən kənarda keçirilən beynəlxalq toplantıda KKTC olaraq iştirak etdiklərini vurğulayan və TDT-nin baş katibinə təşəkkür edən E.Tatar, Şuşadakı təmaslarını da dəyərləndirib. KKTC Cümhurbaşqanı erməni işğalından azad edilən Xankəndi şəhərinə ilk dəfə səfər edən qonaq dövlət xadimi olmaqdan xoşbəxt olduğunu bildirib”.

Məlumata əsasən, mətbuat konfransında “Şuşa Zirvəsində türk dünyası ilə Akdeniz arasında körpü quruldu”deyən E.Tatar KKTC-nin dəniz və hava məkanı ilə strateji milli dövlət olduğunu bildirib”.

Mission News Theme by Compete Themes.