Son yeniləmə: 8 İyul 2024 09:56
BAYRAQDAR MEDİA – Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarov Çuy vilayətində keçirilən “Kımız Fest – 2024” etnik festivalında olub.
Veçernıy Bişkekin xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “Nazirlər Kabinetinin sədri kənd təsərrüfatının nailiyyətlərinə, əl işlərinə və qımız növlərinə həsr olunmuş sərgi-yarmarka ilə tanış olub. Etnofestivalın açılış mərasimində çıxış edən Akılbek Japarov qeyd edib ki, qızımız orijinal milli daddır. Qımız bayramı milli adət-ənənələri birləşdirmək və qorumaq üçün nəzərdə tutulub”.
Məlumata görə, o, deyib ki, belə festivalların Qırğızıstanın digər bölgələrində də keçirilməsi vacibdir.