Press "Enter" to skip to content

Dövlət başçısından Milli Dombra Günü münasibətilə təbrik

Qasım-Jomart Toqayev

Son yeniləmə: 8 İyul 2024 08:21

BAYRAQDAR MEDİA – Qazaxıstan Prezident Qasım-Jomart Toqayev X sosial şəbəkəsindəki səhifəsində Milli Dombra Günü münasibətilə xalqı təbrik edib.

Bu barədə Kazinform agentliyi xəbər verib.

Bildirilib ki, paylaşımda “Bu bayram qazax xalqının mənəvi həyatında böyük əhəmiyyətə malikdir. Dombra Böyük Çöl sivilizasiyasının ayrılmaz elementinə çevrildi. Bizim ümumi borcumuz qazax mədəniyyətinin bu irsini qorumaqdır. Dombranın melodiyası hər evdə səslənsin! – deyə qeyd edilib.

Məlumatda o da vurğulanır ki, hər il iyulun ilk bazar günü qazaxıstanlılar Milli Dombra Gününü qeyd edirlər: “Milli Dombra Günü 2018-ci ildə Prezidentin Sərəncamı ilə təsdiq edilib. Bayram milli mədəniyyəti və özünəməxsusluğu qoruyub saxlamaq və yaşatmaq məqsədi ilə təsdiq edilib”.

Mission News Theme by Compete Themes.