Press "Enter" to skip to content

DİM iyulun 10-da TOEFL iBT imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi

Son yeniləmə: 8 İyul 2024 10:06

BAYRAQDAR MEDİA – 10 iyul 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108) TOEFL iBT imtahanı keçiriləcək.

Bu barədə DİM-in məlumatında qeyd edilib.

Bildirilib ki, “iştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar. İmtahan saat 09:00-da başlanır. TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər”.

Qeyd edilib ki, TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.a

Mission News Theme by Compete Themes.