Press "Enter" to skip to content

Böyük Britaniya parlamentində bir türk

Nesil Çalışkan

Son yeniləmə: 8 İyul 2024 15:07

BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin də qatıldığı Avropa futbol çempionatına başımız qarışmışkən iyulun 4-də Böyük Britaniyada parlament seçkiləri keçirildi.

Açıqlanan nəticələrə görə, leyboristlər ümumilikdə 650 yerdən 411-ni qazanaraq mütləq çoxluq əldə edib.

İkinci yerdə 121 deputat yeri ilə mühafizəkarlər, 72 yerlə liberal demokratlar gəlir.

Amma ön önəmlisi bu deyil. Önəmli olan odur ki, parlamentdə ilk dəfə bir türk də təmsil olunacaq.

Özünün sosial media hesabında da paylaşdığı kimi, Kuzey Kıbrıs kökənli Nesil Çalışkan adlı türk xanım Barking dairəsindən deputat seçilib. O, bu uğuru leyboristlərin sırasında qazanıb. Mümkündür ki, Nesil Çalışkana nazir vəzifəsi də təklif edilsin.

Mission News Theme by Compete Themes.