Press "Enter" to skip to content

Azərbaycan və Hindistan kinorejissorları əməkdaşlıq edəcək

Görüş zamanı

BAYRAQDAR MEDİA – Hindistanın görkəmli siması, sevilən televiziya və film xadimi “Marwah Studiyası”nın rəhbəri Sandeep Marvah ilə “Nəriman Film Production”un rəhbəri, Əməkdar mədəniyyət işçisi Nəriman Məmmədov arasında iki ölkənin film sənayesinin inkişafı ilə bağlı görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Prodakşndan daxil olub.

Xəbərdə bildirilir ki, “görüş zamanı müxtəlif film və bu sahəyə aid işlərin araşdırılması atılacaq addımlarla bağlı razılıq əldə olunub. N.Məmmədov rəhbəri olduğu Prodakşn haqqında məlumat verib. Görüşdə S.Marvah filmlərə, televiziya üçün hazırlanmış işlərə və bu kimi bir çox nümayişlərə hər zaman qatıldığını, həmçinin xüsusi nəzərində saxladığını vurğulayıb. Bundan əlavə o, filmlə bağlı təlim proqramları və təhsili ilə məşhur olan AAFT universitetindən də danışıb. S.Marvah eləcə də Hindistan və Azərbaycanın kino sənayesini yaxınlaşdırmaq üçün ümumi maraqların müəyyən edilməsi, imkanların yaradılmasından bəhs edib”.

Daha sonra bildirilib ki, bu əməkdaşlıq mədəni mübadilənin gücləndirilməsi, film istehsalı texnikaları və hekayələrin izahında yeniliklərin təşviq edilməsi, hər iki ölkənin kinorejissorlarına və tamaşaçılarına fayda verərək birgə istehsal, paylaşılan resurslar və film layihələrində qarşılıqlı dəstəyi ilə nəticələnəcəyi gözlənilir.

Mission News Theme by Compete Themes.