Press "Enter" to skip to content

ATİB üzvü olan şirkətlər Qarabağda əhəmiyyətli layihələr həyata keçirirlər

Mürsəl Rüstəmov

Son yeniləmə: 8 İyul 2024 11:46

BAYRAQDAR MEDİA – “Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvləri Qarabağ bölgəsinin yenidən qurulmasına müxtəlif yollarla töhfə verirlər. Əsasən işğaldan azad edilmiş ərazilərdə tikinti, kənd təsərrüfatı və turizm sahələrinin inkişaf etdirilməsindəfəal iştirak edirlər”.

Bunu BAYRAQDAR MEDİA-ya Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Mürsəl Rüstəmov deyib.

Onun sözlərinə görə, ATİB üzvü Kolin İnşaat, Geoproject şirkətləri Qarabağ regionunda əhəmiyyətli layihələr həyata keçirməklə yollar, körpülər, su və kanalizasiya sistemləri kimi əsas infrastruktur elementlərinin yenidən qurulmasına kömək ediblər: “Bununla yanaşı Arenol Group şirkəti yaşayış məskənləri, ticarət mərkəzləri və digər inzibati obyektlərin inşaatında iştirak edərək bölgənin fiziki inkişafına da töhfə verib”.

M.Rüstəmov əlavə edib ki, Qarabağ iqtisadi rayonu kənd təsərrüfatı potensialı ilə zəngin rayondur: “Üzvümüz olan şirkətlər kənd təsərrüfatı texnologiyaları, avadanlıqları və bilikləri ilə bölgədəki kənd təsərrüfatı fəaliyyətini təkmilləşdirərək, bölgənin özünü təmin edən kənd təsərrüfatı bazasına çevrilməsinə dəstək olurlar. Bu şirkətlər sırasında Ağdam Aqrar Heyvandarlıq Kompleksini qeyd etmək olar”.

Məlumat üçün bildirək ki, ATİB-in yaranmasının 20-ci ildönümü ilə bağlı M.Rüstəmovun BAYRAQDAR MEDİA-ya özəl müsahibəsini yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.

Mission News Theme by Compete Themes.