Press "Enter" to skip to content

15 şagird xaricə gedib

15 şagird və 2 müəllim təcrübə keçmək üçün Çexiyaya yola düşüb

Son yeniləmə: 8 İyul 2024 11:46

BAYRAQDAR MEDİA – Eskişehir Atatürk Sənaye Peşə və Texniki Anadolu Liseyi (AMTAL) Elektrik və Elektron Texnologiyaları Bölümü şagirdləri üçün maraqlı təcrübə proqramı reallaşdırır.

Bu barədə eskisehirhaber.com saytı məlumat yayıb.

Bildirilib ki, proqram çərçivəsində 15 şagird və 2 müəllim təcrübə keçmək üçün Çexiyaya yola düşüb.

Məlumata görə, şagirdlər fiber optik texnologiyaları üzrə ixtisaslaşmış şirkət tərəfindən təşkil edilən 3 həftəlik təlim proqramında iştirak edəcəklər: “Bu proses zamanı şəbəkə sistemləri, məlumat təhlükəsizliyi və internet xidmət provayderi xidmətləri kimi sahələrdə təcrübə qazanacaq şagirdlər nəzəri biliklərini praktik tətbiqlərlə möhkəmləndirmək imkanı əldə edəcəklər. Məktəb rəhbərliyi onların bu təcrübə proqramı ilə peşəkar karyeralarında mühüm addım atacaqlarına inanır və onlara uğurla qayıtmalarını arzulayır”.

Mission News Theme by Compete Themes.