BAYRAQDAR MEDİA – İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib.
Xəbəri Prezidentin mətbuat xidməti yayıb.
Bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Caparov, Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev, Macarıstan Baş naziri Viktor Orban, Türkiyə cümhurbaşqanı yardımçısı Cevdet Yılmaz, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə görüşündə iştirak edib.
Azərbaycan Prezidenti görüşdə çıxış edib.