Press "Enter" to skip to content

Prezident Xankəndidə açılışlar edib

İlham Əliyev Xocalı Hava Limanında

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev iyulun 5-də Qarabağa səfər edib.

Xəbəri Prezidentin mətbuat xidməti yayıb.

Bildirilir ki, ölkə başçısı Xocalı Hava Limanında olub, burada görülən işlərə diqqət yetirib.

Daha sonra İlham Əliyevin Xankəndi şəhərinə gələrək Qarabağ Universiteti ilə bağlı görülən işlərlə tanış olduğu xəbər verilir.

Qarabağ Universiteti ilə tanışlıqdan sonra ölkə başçısı Xankəndidəki “Qarabağ” hotelinin açılışını gerçəkləşdirib.

Prezident Xankəndidə daha bir vacib obyektin – “Palace” hotelinin açılışında iştirak edib.

Mission News Theme by Compete Themes.