Press "Enter" to skip to content

Kitab tanıtma: “Peşə etikası”

Peşə etikası

Son yeniləmə: 5 İyul 2024 17:45

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) yer alan nəşrlər sırasında psixologiya elmləri doktoru, Prof. Qızxanım Qəhrəmanovanın “Peşə etikası” monoqrafiyası da var.

Monoqrafiyada peşə etikasının əsas problemləri diqqət mərkəzinə gətirilir, peşə etikası ilə bağlı psixoloji məsələlər təhlil olunur. Nəşrdə peşə etikasının ümumi istiqamətləri göstərilir, işgüzar ünsiyyət və onun qurulması yolları, psixoloqun peşə keyfiyyətləri, praktik səriştəliliyinin konkret istiqamətləri işıqlandırılır. Kitab peşə etikasının inkişaf etdirilməsi üçün zəruri olan praktik tövsiyə və fikirlərlə zəngindir. Monoqrafiya psixologiya və pedaqogika ixtisası üzrə təhsil alan tələbələr, aspirantlar, doktorantlar, tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Nəşrin elmi redaktoru psixologiya üzrə elmlər doktoru, Əməkdar müəllim, Prof. Ramiz Əliyev, rəyçiləri isə pedaqogika üzrə elmlər doktoru Prof. Şəhla Əliyeva, pedaqogika üzrə elmlər doktoru Prof. Fərrux Rüstəmovdur.

Mission News Theme by Compete Themes.