Press "Enter" to skip to content

İyulun 6-da DİM-də TOEFL iBT imtahanı keçiriləcək

Son yeniləmə: 5 İyul 2024 10:31

BAYRAQDAR MEDİA – İyulun 6-da Dövlət İmtahan Mərkəzinin Elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108) 2 növbədə TOEFL iBT imtahanı keçiriləcək.

Bu barədə qurumun məlumatında qeyd edilib.

Bildirilib ki, “iştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar. İmtahanlar saat 09:00-da və 14:00-da başlanır. TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər”.

Məlumata görə, TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

Mission News Theme by Compete Themes.