BAYRAQDAR MEDİA – Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan və milliyyətcə türk olan İşçi Hərəkatı fəalı Şərifə Məhəmmədi barəsində edam hökmü çıxarılıb.
Xəbəri “Azad İran” Telegram kanalı milli-mədəni fəal Abbas Lisaniyə istinadla yayıb.
Bildirilir ki, “Rəşt şəhər İnqilab Məhkəməsi qadın fəalı “hakimiyyətə qarşı silahlı və qrup şəklində üsyan”da ittiham edib”.
Qeyd edilir ki, “bir müddət öncə xanım fəalın anası videomüraciət yayaraq qızının taleyindən narahat olduğunu bildirmişdi.