Son yeniləmə: 5 İyul 2024 12:41
BAYRAQDAR MEDİA – Bolqarıstanda siyasi böhran davam edir. Bu arada GERB lideri Boyko Borisov partiyasının artıq danışıqlarda iştirak etməyəcəyini və seçkilərə gedəcəyini açıqlayıb.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Məlumata görə, Xalq Məclisinin kulislərində çıxış edən Borisov GERB-nin təklif etdiyi hökumətin rədd edilməsindən sonra yeni seçkilərin qaçılmaz olduğunu bildirib:“Mənim işim seçkilərdə qalib gəlmək və bunu qətiyyətlə, 11 faizdən çox etmək idi”.