Press "Enter" to skip to content

Daha 5 məktəb direktoru işdən çıxarılıb…

MÜTDA

BAYRAQDAR MEDİA – Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) tərəfindən məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər keçirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MÜTDA-dan daxil olub.

Xəbərdə bildirilir ki, “monitorinqlərin keçirilməsində məqsəd təlim-tərbiyə prosesinin, tədris-pedaqoji və metodiki, eləcə də kadrlarla işin təşkilini və maliyyə-təsərrüfat sənədlərini yoxlamaqdır. Bakı və digər bölgələrdə yerləşən məktəbdənkənar təhsil müəssisələrində aparılmış yoxlamalara əsasən, 26 direktora xəbərdarlıq, 12 direktora töhmət, 16 direktora sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, 5 müəssisə rəhbəri işdən azad edilib”.

Monitorinqlər davam etdiriləcək.

Mission News Theme by Compete Themes.