Press "Enter" to skip to content

Bu abituriyentlər imtahan buraxılış vərəqəsini çap edə bilərlər

Son yeniləmə: 5 İyul 2024 12:31

BAYRAQDAR MEDİA – Teatr, kino və xoreoqrafiya istiqamətinə aid 50 (aktyor sənəti), 51 (rejissorluq) və 52-ci (operator sənəti) komissiyalar üzrə qeydiyyatdan keçən abituriyentlər (subbakalavrlar) “İmtahana buraxılış vərəqəsi“ni çap edə bilərlər.

Bu barədə DİM-in məlumatında qeyd edilib.

Bildirilib ki, “abituriyentlər (subbakalavrlar) imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Xatırladaq ki, abituriyentlər (subbakalavrlar) cədvəldə verilmiş qrafikə müvafiq olaraq hər imtahandan 5 gün öncə qeydiyyatdan keçdikləri səhifədə “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Qrafiklə buradan tanış ola bilərsiniz”.

Qeyd olunub ki, qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə edilir. Abituriyentlərə (subbakalavrlara) mütəmadi DİM-in saytını izləməyi tövsiyə edirik.

Mission News Theme by Compete Themes.