Press "Enter" to skip to content

“Bizim milli marşımız “KORKMA” diye başlıyor”

Mert Müldür

Son yeniləmə: 5 İyul 2024 10:04

Mert Müldürdən çağırış kimi paylaşımlar

BAYRAQDAR MEDİA – Futbol üzrə Türkiyə milli komandasının oyunçusu Merih Demiralın Avstriya ilə oyunda Boz qurd işarəsi göstərməsi ətrafında müzakirlər davam edir.

Bu arada isə qardaş ölkə komandasının daha bir oyunçusu Mert Müldür X sosial şəbəkə hesabından çağırış kimi paylaşımlar edib.

Paylaşımın birində Türkiyə bayrağını yerləşdirən Mert “Bizim milli marşımız “KORKMA” diye başlıyor” sözlərini yazıb.

Digər bir paylaşımda isə Merih Demiralın Boz qurd işarəsi tutduğu fotosunu paylaşan Mert həmin fotonun üstündə Mustafa Kemal Atatürkün “TÜRKLÜK benim en derin güven kaynağım, en engin övünç dayanağımdır” sözlərini yerləşdirib.

 

Mission News Theme by Compete Themes.