Son yeniləmə: 4 İyul 2024 09:18
BAYRAQDAR MEDİA – Xarici işlər naziri Jeenbek Kulubayev jurnalistlərə Qırğızıstanın 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyinin irəli sürülməsi və aparılan hazırlıqlar barədə danışıb.
Bu barədə Veçernıy Bişkek məlumat yayıb.
Bildirilib ki, Jeenbek Kulubayev “seçkilər 2026-cı ilin iyununda keçiriləcək və biz beynəlxalq tərəfdaşlarla fəal əməkdaşlıq edirik. Ölkəmiz Orta Asiyadan təmsil olunacaq. BMT-nin baş katibi Antonio Quterreş qeyd edib ki, dövlətimizin şansı var, çünki biz namizədliyimizi ilk dəfə irəli sürürük” deyib”. Nazir həmçinin vurğulayıb ki, bu səfər Antonio Quterreşin BMT baş katibi kimi Qırğızıstana ilk rəsmi səfəridir.