BAYRAQDAR MEDİA – Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 2024-cü il iyul ayının 18-də Quba Rayon Polis Şöbəsinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəsən və Xızı şəhər və rayonlarının sakinlərinin qəbulunu keçirəcək.
Xəbəri Daxili İşlər Nazirliyi yayıb.
Bildirilir ki, “qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 17 iyul 2024-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər”.