Press "Enter" to skip to content

Kitab tanıtma: “Azərbaycan folklorşünaslığı və sovet totalitarizmi”

Azərbaycan folklorşünaslığı və sovet totalitarizmi

Son yeniləmə: 4 İyul 2024 14:27

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) yer alan nəşrlər sırasında filologiya elmləri doktoru Prof. Cəlal Qasımovun müəllifi olduğu “Azərbaycan folklorşünaslığı və sovet totalitarizmi” kitabıdır.

Əsər AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə nəşr olunub.

Kitabda “Milli yaddaşın bifurkasiyası: şəhidlər və şahidlər”, “Milli-mənəvi dəyərlərin özəlləşdirilməsi, özgələşdirilməsi və məhv edilməsi”, “Dini təqib və təzyiqlər”, “Firidun bəy Köçərlinin müəmmalı ölümü, yaxud gümandan həqiqətə”, “Salman Mümtaz və kitabxanasının taleyi” və digər başlıqlarda yazılar var.

Qeyd edək ki, 2011-ci ildə “Nurlan” nəşriyyatında çap edilmiş kitabın redaktorları filologiya elmləri doktoru Prof. Hüseyn İsmayılov, filologiya elmləri doktoru Prof. Seyfəddin Rzasoy, rəyçiləri isə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və filologiya elmləri doktoru Prof. Məhərrəm Cəfərlidir.

Mission News Theme by Compete Themes.