BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) Elektron resurslar şöbəsinin baş mütəxəssisi Xəyalə Məmmədli Vikipediyada “İstanbulun mühasirələrinin siyahısı” adlı müqalə yaradıb.
Məqalə haqqında X.Məmmədli BAYRAQDAR MEDİA-ya məlumatında bildirib: “Türkiyə Azərbaycana hər cəhətdən dəstək olan, həm də qardaş dövlət olduğu üçün mən də Vikipediya fəaliyyətimdə öz ölkəmin tarixi ilə yanaşı, Türkiyə tarixinə də çox yer verirəm. Bu məqalə də onlar sırasındadır. Bu gün Türkiyə sərhədləri daxilində yerləşən İstanbul şəhəri tarix boyu dəfələrlə mühasirələrə məruz qalıb. E.ə.510-cu ildə Otanisin komandanlığı ilə Əhəmənilər imperiyası tərəfindən mühasirəyə alınan İstanbul, 1453-cü ildəki son mühasirə ilə Osmanlıların əlinə keçdi və nəticədə Bizans imperiyası dağıldı. Şəhər Antanta qoşunları tərəfindən 1918–1923-cü illər aralığındakı son mühasirədən bəri türklərin nəzarəti altındadır. Məqalədə bu mühasirələr haqqında daha ətraflı məlumat yazmışam”.
Qeyd edək ki, məqalə “seçilmiş siyahı” statusu alıb.