BAYRAQDAR MEDİA – Bir neçə gün öncə Güney Azərbaycanın Ərdəbil şəhərindən olan millət vəkili Sədif Bədri İran parlamentində ölkə məktəblərində fars dili ilə yanaşı etnik azlıqların ana dilinin də tədrisinin mümkünlüyünü açıqlayıb.
Xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Bildirilir ki, deputat “İran Konstitusiyasının 15-ci maddəsinə toxunub. Həmin maddəyə görə İranda yerli və etnik dillərin fars dili ilə yanaşı işlədilməsi, mətbuat, kütləvi informasiya vasitələri və milli ədəbiyyatın məktəblərdə tədrisi sərbəstdir. O, İran hökumətinin bu yöndə heç bir addım atmamasını, digər xalqlara qarşı ayrı-seçkilik etməsini tənqid edib”.