Son yeniləmə: 4 İyul 2024 17:34
BAYRAQDAR MEDİA – DPS həmsədri Delyan Peyevski Rosen Jelyazkovun kabinet layihəsini dəstəkləməyən deputatları partiyadan çıxarmaqla hədələyib.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Bildirilib ki, “səsvermə zamanı iki yerə bölünən DPS qrupundan 30 deputat “hə”, 14 deputat “yox”, 1 deputat isə “bitərəf” səs verib. D.Peyevski əvvəlki açıqlamasında DPS-nin xalqın iradəsini yerinə yetirəcəyini və qrupun kabineti dəstəkləyəcəyini bildirmişdi”.
D.Peyevskinin səsvermədən sonra jurnalistlərə verdiyi açıqlamalardan belə anlaşılırdı ki, kabineti dəstəkləməyənlər və “bitərəf” səs verənlər bunun nəticələrinə dözməli olacaqlar və onların növbəti Xalq Məclisinə gedən yolları bağlanacaq: “Biz gördük ki, DPS-də Avroatlantik ideyalara malik 30 deputat var. Onlar yenidən deputat olacaqlar”.