Press "Enter" to skip to content

COP29 ərəfəsində daha bir mühüm tədbir

Tədbir zamanı

Bakıda “iFest” İnnovasiya və Texnologiya Festivalı keçiriləcək

BAYRAQDAR MEDİA – İyulun 23-də Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı, Kapital Bankın baş sponsorluğuilə “iFest” İnnovasiya və Texnologiya Festivalı keçiriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya iyulun 1-də KOBSKA-dan məlumat verilib.

Bildirilib ki, “iyulun 4-də festivala hazırlıqla bağlı mətbuat konfransı keçirilib. Konfransda festivalla bağlı məlumat verilib və media nümayəndələrinin sualları cavablandırılıb. 40-a yaxın media təmsilçisinin iştirak etdiyi mətbuat konfransında açılış nitqini Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) PR və Media komitəsinin sədri Dilşad Musa edib. Daha sonra tədbirin ev sahibi Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) sədri Nigar Ələsgərovaya söz verilib”.

Nigar Ələsgərova
Nigar Ələsgərova

Qeyd olunub ki, Nigar Ələsgərova çıxışında festival çərçivəsində görüləcək işlərdən ətraflı bəhs edib: “O, layihənin əsas məqsədinin texnologiya şirkətlərinin tanıtımını etmək, startapların inkişafına dəstək olmaq, onların maliyyə imkanlarına çıxışını təmin etmək və nümayişini həyata keçirmək olduğu bildirib. Qeyd edilib ki, festival müddətində müxtəlif tədbirlər; startap təqdimatları (Pitching), investor görüşləri, “Startap Forumu”nun təqdimatı, texnologiya şirkətlərinin və startapların sərgisi, həmçinin texnoloji şou və konsert proqramları keçiriləcək. Festivalda texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər, həmçinin MVP mərhələsinə çatmış startaplar iştirakçı olaraq öz stendləri ilə birgə təmsil olunacaqlar. Bununla yanaşı, yerli və xarici vençur fondları və mələk investorları da festivalda öz yerini alacaq. Foruma Rusiya, Qazaxıstan, Özbəkistan və Türkiyədən investorların və iştirakçılar cəlb olunacaqdır”.

Festivalla bağlı məlumat verilib və media nümayəndələrinin sualları cavablandırılıb
Festivalla bağlı məlumat verilib və media nümayəndələrinin sualları cavablandırılıb

N.Əlsəgərova çıxışında əlavə edib ki, Azrbaycanın noyabrda COP29-a ev sahibliyi edəcəyini nəzərə alaraq, bu il iFest COP29-a həsr olunacaq və “Yaşıl texnologiya – yaşıl dünya naminə” şüarı ilə həyata keçiriləcək. Mətbuat konfransının media nümayəndələri festivalın işqlandırılmasında fəal olmağa və birgə əməkdaşlığın daha sıx qurulmasına dəvət edilib.

Mission News Theme by Compete Themes.