Son yeniləmə: 4 İyul 2024 15:18
BAYRAQDAR MEDİA – 2024-cü ilin 1-ci yarımili ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 2 min 807 zəng qəbul edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya iyulun 4-də Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “daxil olan zənglərin 2 min 431-i elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 171-i təşəkkür xarakterli, 205-i isə digər məsələlərlə bağlı olub. Hesabat dövründə daxil olan bütün zənglər operativ şəkildə qeydə alınaraq cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb”.