BAYRAQDAR MEDİA – İyulun 4-ü saat 15:00-da Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında (ADMGGT) ADİMU-nin diplomantı Müşfiq Elmanoğlunun diplom işi olan “Ana” tamaşası nümayiş olunacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “tanınmış Çex yazıçısı Karel Çapekin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru M.Elmanoğlu, quruluşçu rəssamı Şahin Hüseynli, musiqi tərtibatçısı Aygül Quliyevadır. Tamaşada aktyorlar Zülfiyyə Alhüseynova, Anar Seyfullayev, Anar Səfiyev, Araz Pirimov, İlhan Sadıqov, Mətləb Abuşov, Hüseyn Bayramov iştirak edirlər. Diplom işinin rəhbəri Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur”.
Sonra xəbərdə, “1938-ci ildə yazılmış əsərdə faşizmə qarşı mübarizə və müharibənin gətirdiyi mənəvi sarsıntılar, iztirablar təsvir olunur. Ana Doloresin həyat yoldaşını və oğullarını müharibədə tədricən itirməsi bunların fonunda baş verən hadisələr təsvir edilir” deyə qeyd olunur.