Son yeniləmə: 3 İyul 2024 10:57
Dr. Yücel Karauz: Şuşa sammitinin bu ərəfədə keçirilməsi mühüm əhəmiyyət kəsb edir
BAYRAQDAR MEDİA – İyulun 5-6-da Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşü önəmli dönəmə təsadüf etməkdədir. Söhbət istər türk dünyası, istərsə Güney Qafqaz regionu, istərsə də ümumilikdə qlobal məkanda cərəyan edən proseslərin yeni mərhələyə qədəm qoyduğu dönəmdən gedir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
Onun sözlərinə görə, hazırda qlobal məkanda olduqca gərgin və sürətli proseslər baş verir: “Bu proseslər bəşəriyyəti hər keçən gün Üçüncü Dünya müharibəsinə bir qədər də yaxınlaşdırır. Təbii ki, dövlətlər, o cümlədən dövlətlərin bir araya gəldiyi birliklər gözlənilən təhlükələrə hazır olmalıdırlar. Bu baxımdan TDT-nin qeyri-rəsmi zirvə görüşü beynəlxalq aləmin diqqət mərkəzində olacaq”.
Dr. Yücel Karauz bildirib ki, Güney Qafqazda və Orta Asiyada cərəyan edən proseslər də bu zirvə görüşünün əhəmiyyətini artırır: “Heç şübhəsiz, Şuşada keçiriləcək zirvə görüşündə Güney Qafqaz və Orta Asiya regionlarına yönəlik təhdid riskləri, potensial təhlükə mənbələri ciddi müzakirə olunacaq və atılacaq addımlar gündəmə gətiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatı ilə bağlı danışarkən “bizim bir ailəmiz var, o da türk dünyasıdır” demişdi. Bu ailənin ilk növbədə öz ölkələrinin təhlükəsizliyini, ərazi bütövlüyünü və suverenliyini mühafizə etməsi çox önəmlidir. İkinci növbədə isə türk dünyasına qarşı təhdidlərin aradan qaldırması yönündə atılan birgə addımlar olduqca vacibdir. Zirvənin Şuşada keçirilməsi isə xüsusi mahiyyət kəsb edir. Bunun siyasi-iqtisadi, mədəni olmaqla yanaşı, həm də ciddi simvolik önəmi də var”.
Müsahibimiz əlavə edib ki, Şuşada keçiriləcək zirvə görüşünə KKTC Cümhrbaşqanı Ersin Tatarın da dəvət edilməsi tarixi önəm kəsb edir.