Son yeniləmə: 3 İyul 2024 10:57
BAYRAQDAR MEDİA – İtaliyaya səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazov “CESI” şirkətində olub. Şirkətin icraçı direktoru NicolaMelchiottinin rəhbərliyi iləgeniştərkibli görüş keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “enerji, texnologiya və innovasiya üzrə dünyadaaparıcı məsləhətçi şirkətlərdən olan“CESI”nin 70-dən çox ölkədə xidmətləri, enerji sahəsində ötürücü infrastrukturun planlaşdırılması və mühəndisliyi, şəbəkənin modernləşdirilməsi və bərpa olunan enerji istiqamətlərində fəaliyyətinə dair təqdimatlar edilib. Görüşdə “Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan arasında Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırması prosesinin gedişatına və bərpa olunan enerji güclərinin şəbəkəyə qoşulması üzrə əməkdaşlığa dair müzakirələr aparılıb.“Yaşıl enerji” bağlantılarının enerji təhlükəsizliyi və enerji keçidini geniş coğrafiyada təmin edən əhəmiyyətindən bəhs olunub. “Yaşıl enerji dəhliz”ləri təşəbbüsünün COP29-un Fəaliyyət Gündəliyinin prioritetlərindən biri kimi nəzərdən keçirildiyi qeyd olunub və COP çərçivəsində birgə tədbirin keçirilməsi razılaşdırılıb”.
Məlumata görə, nazir, həmçinin “CESI” şirkətinin laboratoriyasına da baş çəkib, burada elektrik komponentlərinin və sistemlərinin etibarlılığını, təhlükəsizliyini təmin etməyə yönəlmiş müxtəlif sınaq növlərinə baxış keçirilib.